1
Yorum
9
Beğeni
5,0
Puan
153
Okunma
Baktım surətimə aynada bu gün
Baktım ki saçıma bir az dən düşüb
Bəlkə qrafiki bir sınıq ömrün
Çokalan çizgilər ömürdən düşüb
Bir sir yumağıyam, hər şey müamma
Sirrimi açmağa söz verəmmədin
Bəlkə surətimi göstərdin amma
Yorulmuş ruhumu göstərəmmədin
Madəm hisslərimə ayna deyilsən
Nəyi göstərirsən sən bu varlıqda?
Sənin göstərdiyin heç nədi bilsən
Gözlərim bu əngin sənətkarlıqda
Solğun gözlərimi boyama mənim
Mənə ötələrdən haber ver haber
De nədən yoğrulub mənim mədənim
Nədir hisslərimə qonan kölgələr
Sənin göstərdiyin kendində qalsın
Varmı rüyalara səndə bir yozum
Mənə bir qələm ver taleyə dalsın
Qara günlərimi ömrümdən pozum
Əlindən gəlirsə zamanı göstər
Keçmişimmi təmiz, sabahlarımmı?
Hesabdan xəbər ver, mizanı göstər
Savablarımmı çok, günahlarımmı?
Durma bənizimə bakıb öylece
Beynimdə qıvrılan nakışlara bak
Geri qalan ömrüm əsil bilməcə
Önümdə gözləyən yokuşlara bak
Məni işığa yok, nura qovuşdur
Mənə bir yol göstər sonsuza varsın
Əlimə sehirli çomaq tutuşdur
Göstərəmmədiyin yerə aparsın
Göstər necə olur aqibətimi?
Dünya sınağında əlaçı göstər
Göstər necə olur ömrün bitimi?
Korktuğum hər şeyə əlacı göstər
5.0
100% (1)