1
Yorum
5
Beğeni
5,0
Puan
122
Okunma
Zaman — səssiz diktator, ucu sivri bir qələm,
Hər anı hökm kimi yazar, pozar, görünməz.
Keçmiş – acılı zindan, içində bitməz çiləm,
Və mən – bir məhkum kimi, cəza sürəm, bilinməz.
Xatirələr – şüurumda küflü sərgi salonu,
Baxdıqca hər gün solur, amma itmir heç zaman.
Uşaqlıq səslər məni – heç nə susdurmaz onu,
Amma o uşaq indi qoca adamdı çoxdan.
Səhərlər göz açınca keçmişlə üz-üzəyəm,
Səssiz gecələr mənə nələr söyləyir, nələr...
Özüm də anlamıram, axı mən kiməm, nəyəm?
Xəyallar – beynimdəki şəkillənən kölgələr.
Artıq zamana qarşı etmirəm mübarizə,
Öz dilsiz axarında çünki aparır məni.
Keçmişimə bağlayır, gətirir məni dizə,
Bəlkə gələcəyimdən çəkir, qoparır məni.
Bir müşkülə düşüncə, derlər: “Zamana burax.”
Hər dərdinə çarədir, öz işini biləndir.
Gördüm, yaddaş zamanın əllərində oyuncaq—
Silkib budaqlarını həm keçmişi siləndir.
Bəlkə öz keçmişimin tənha bir küçəsiyəm,
Hər səkiyə bir səsin əksi-sədası hopub.
Fikirlər çəmbərində beynimi içəsiyəm –
Hansı fikir zamanın hansı anından qopub?
Fələyə keçmir sözün – saydığını sayır ki,
Zamanın sonsuzluğu uqbadakı tək payən.
Amma keçmişim indi mənə pıçıldayır ki:
"Unutmadıqlarındır sənin gerçək hekayən."
5.0
100% (2)