0
Yorum
0
Beğeni
0,0
Puan
218
Okunma
Hisslərimə qapılıb sakit-sakit gəzirəm
Ruhumun daşlarına hoptuğu küçələrdə
Bəşərin qüdrətini hər səkidə sezirəm
Min cürə hariqələr yaptığı küçələrdə
Yahşıya da, pisə də ayardır bu küçələr
Küçələr iki üzlü, küçələr iki başlı
Mələyə və şeytana diyardır bu küçələr
Üzlər varki gülüşlü, gözlər var gözü yaşlı
Ararsan minbər də var, minarə də bu yerdə
Yüksəl minarəsindən seyr-i süluka süzül
Və qapan səcdəsinə mütəvazi minbərdə
İlham yağsın qəlbinə, sonsuzluqdan bir nüzul
Heyif bu küçələrdə çokdur şər oymağı da
Bu küçələrdə gördüm hər cürə alçaqlığı
Millətin iffətinə sinsi göz qoymağı da
Cana qəsd, mala qonmaq, hər dürlü bədhaqlığı
Küçələr əzab dolu, qəribi, miskini var
Yalnızlığın qardaşı, tənhalığın bacısı
Küçələr mərhəmətsiz, nagirana kini var
Vəziyyəti pərişan, dərdi içlər acısı
Şəhərdə göydələnlər, devlərin devləri var
Bakınca nəzərlərin səmalara çəkilir
Küçədə yahşının da hatirə evləri var
Küçədə alçağın da heykəlləri dikilir
Bəzən məni gəzərkən vahimələr bürüyür
Gri rəngli daşlarda nə estetika varki?
Küt beton yığınları üzərimə yürüyür
Deyirəm bu kabusu, üstümdən kim savar ki?
Gecələr səkilərdən iniltilər yüksəlir
Eşidirsən gündüzün səsləri kəsilincə
Bəlkə kəsər acısı, fikrimə elə gəlir
Bu qəmli küçələrin gözyaşını silincə