0
Yorum
0
Beğeni
0,0
Puan
100
Okunma
Şəkil var bir ömrün salnaməsidir
Şirinli, acılı günlər əks edir
Hansısa hatirə donur şəkildə
Donmuş bakışlarda illər rəqs edir
Şəkil var ki hatirəsi bal olur
Ən gözəl hisslərin orda qalarmış
Əvvəl düşünürdüm şəkil lal olur
Ən çok danışan da elə onlarmış
Şəkil var bakınca səni aparır
Bütün varlığından uzaqlaşırsan
Şəkil var bakınca saçın ağarır
Şəkil var bakınca uşaqlaşırsan
Şəkil var əlinə yığıb bir qoma
Yandırıb üzünə bakmağın gəlir
Şəkil var sadəcə dönür alboma
Nəinki üzünü açmağın gəlir
Şəkil var doğmadı dostdan, qardaşdan
Sahibindən qalan vəkillər kimi
Şəkil var üzünə boylanır daşdan
Bakınca donursan, şəkillər kimi
Bu dünyada hər şey sona yol alır
Sonsuza aşina ucalır ancaq
Elə bilmə hər şey şəkildə qalır
Heyif şəkillər də qocalır ancaq