0
Yorum
1
Beğeni
0,0
Puan
81
Okunma
Hansı bir dənizdəsən, haraya yelkən açdın?
O şimşək lövbərini uzaq limanda saldın
Süzdün hür quşlar kimi hansı diyara uçdun?
Köçəri quşlarınmı qanatlarında qaldın?
Bəzən yol ayrımında səni aradı gözüm
Sənsiz olmaq yeisdir, yokluğundan nə çıkar
Varlığın həyat olur vəya hicrana dözüm
İçimdə kök salmısan, səni tək ölüm yıkar
Bəzən çarə yok ikən, hər şey bitərcəsinə
Həyata mədar kimi birdən filizlənirsən
Hər türlü məşəqqətə yalnız yetərcəsinə
Taleyin göz vurduğu, cilvədə gizlənirsən
Sevdalar dayanılmaz bir yaradır içimdə
Sevdalara güc verən əsilzadə, soylusan
İllərdir yaşamışam dərdimlə bu biçimdə
Baş qoyduğum yollara sən də üzüqoylusan
Qurumuş torpaqlara su verən yağmur kimi
Bir nəbzə təsəllisən, çisəksən ürəyimə
Özümü hiss edirəm basılmayan sur kimi
Əndamınla tüllənən bəzəksən ürəyimə
Bilməm indi hardasan? Uqbada, məhşərdəsən?
Gəl də qovuş ruhuma, dindir ağrılarımı
Bilirəm sonsuzluğun başladığı yerdəsən
Gəl bu sonsuz yollarda şənləndir kulvarımı