0
Yorum
1
Beğeni
0,0
Puan
72
Okunma
Səni əzib alçaltmağa kalktılar
Pirəyə yorğanı yakan adamlar
Yalnızca öz kirlərinə bakdılar
Kirli gözlüyündən bakan adamlar
Ömür kitabına qara saldılar
Zənn etdilər səni dara saldılar
Yalnız özlərini zora saldılar
Güya, vəziyyətdən çıkan adamlar
Bilmədilər oyun quran Çalabdı
Hər oyun geriyə dönən hesabdı
Düşünüb bir günah keçisi tapdı
Suçunu kiməsə yıkan adamlar
Zəlitək yapışıb, qondular bizə
Ücubədən model yondular bizə
Mimsiz mədəniyyət sundular bizə
Hər şeyi üfunət kokan adamlar
Çalab= Allah
Ücubə= eybəcər, çirkin olan şey
Mimsiz mədəniyyət= ədaniyyət - Özünü və maraqlarını başqalarının maraqlarından üstün tutmaq, eqoist olmaq