1
Yorum
1
Beğeni
5,0
Puan
102
Okunma
Ey sevgili peyğəmbərim, sığındığım əngin liman
Diqqət kəsilsin aləmlər, eşitsin bütün asiman
Nə gözəl ərz eyləmisən, hubbul vətən min əl iman
Gibləgahım beytullahdır və səcdəgahım vətəndir
Sən oyatdın, sənə duydum, ürəyimdəki riqqəti
Sən olmusan təmtərağım, sən həyatımın şövqəti
Hərənin bir sevdası var, hərənin öz məhəbbəti
Könlüm qonan sevdicəyim, sevdam, nigahım vətəndir
Gəşt eyləyib dolanmışam bu dünyanın çok diyarın
Çok çəksəm də səfasını, az görmüşəm etibarın
Düşəndən qürbət ellərə ağlamışam zarın-zarın
İçimdən qopan fəryadım, naley-i ahım vətəndir
Zəmanənin akarında sular kimi burulmuşam
Min bir cürə keçmə-keşdən akıb-akıb durulmuşam
Sənə akınca coşmuşam, səndən aksam yorulmuşam
Tarihdən ötə keçmişim, indim, sabahım vətəndir
Gözəllərin dəstə-dəstə, gözəllyin iftiharı
Ataların ata yurdu, igidlərin düz ilqarı
Hara getsəm, hara baksam səndə tapdım istiqrarı
Sonunda dönüb bakdığım ahır pənahım vətəndir
Güvəncim, andım, qürurum, etiqadım, etibarım
Malım, mülküm, ev-eşiyim, barhanam, dövlətim varım
Nəzafətim, nəzakətim, namusum, iffətim, arım
Çəhlimim, yolum, yordamım, cığırım, rahım vətəndir
5.0
100% (1)