0
Yorum
2
Beğeni
0,0
Puan
98
Okunma
Çal kamançı, bir "ayrılıq" havası çal
Bu doğma səs acı-acı yakar məni!
Ana vətən- yarım qalan qoca qartal
O tay- bu tay havasından çıkar məni!
Bu dünyada bir çinar var haçalanmış
Kökü dərin, əsirlərə sinə gərmiş
Budaq-budaq, vətən-vətən parçalanmış
Budaqları bir-birinə könül vermis
Can ay vətən! Gətirmisən necə tabı?
Bu nəğməmi? Bir haraydı səndən qopmuş!
Çal kamançı bu vətənin iztirabı,
Dərdi, qəmi inildəyən simə hopmuş!
Müqəddəs yurd! Sınaqlardan keçib gələn
Nə acıdır- vətəndən də pay olarmış!
Araz-araz akar sular -- ağır dərddən
Ayrılığın göz yaşından çay olarmış!
Çal kamançı, bir "ayrılıq" havası çal
Bu doğma səs acı-acı yakar məni!
Ana vətən- yarım qalan qoca qartal
O tay- bu tay havasından çıkar məni!