3
Yorum
7
Beğeni
5,0
Puan
902
Okunma
Mən bir türkəm
Yer üzündə tarix yazmış!
Haqq-ədalət timsalında
Dövlət qurmuş,
Döyüşlərdə zəfər çalmış,
Qalaları fəth eyləmiş
Bayraq sancmış .
Mən bir türkəm!
Doğusundan batısına,
Çəkiləndə mənim adım,
Mənəm deyən hökmdarlar,
Qarışqa tək çəkilərdi
Yuvasına.
Bac alardım, öc alardım,
Gündən-günə güc alardım.
Mən bir türkəm!
O türkəm ki:
Böyük dövlət-
Roma kimi imperiya,
Deyərdi ki sənə peşkəş
Olsun əziz Qonariya.
Mən bir türkəm!
Hər həmləmdə qorxusundan,
Əsim-əsim əsərdi Çin,
Toplasa da bütün gücün,
Yenə də məğlub olardı...
Adlı -sanlı şahzadələr
Yarpaq kimi saralardı ,
Başı aşağı durardı,
Kölgəmdən də qorxardı.
Mən bir türkəm!
Ruhum ilə, cismim ilə,
Çox döyüşlərdən keçmişəm,
Düşmən ilə sona qədər
Vuruşmuşam, döyüşmüşəm.
Mən bir türkəm!
Kələyi yox,hiyləsi yox,
Amma döyüş meydanında ,
Vuruşmağa həvəsi çox.
Mən bir türkəm!
Hər kəlməsi daşdan keçən,
Qaya kimi möhkəm olan,
Hər sözündə ötkəm olan,
Şəninə dastan yazılan,
Ərənliyə möhür vuran
Mən bir türkəm!
Bayrağında ay parası,
Dilində şaman duası.
Mən yaratdım savaşlarda
Məşhur ,, Turan taktikası".
Mən bir türkəm , yalın qılınc,
Meydanlarda zəfər yazan .
Mən bir türkəm,
əldə qopuz, nəğmə yazan,
Şərqi deyən dəli ozan.
Mən bir türkəm
Avropanı inildədən,
Ruhlarına hakim olub
Qəlblərini gizildədən.
Mən bir türkəm
Bir orduyla tək döyüşən
Gürşad ruhlu.
Mən bir türkəm
Bir ovçuluq torpaq üçün,
Qanın verən candan keçən,
Cananı yurd eşqi vətən.
Mən bir türkəm,
Canım sənə fəda olsun ,
Vətən, vətən!
Fərid Muradzadə
5.0
100% (3)