2
Yorum
7
Beğeni
5,0
Puan
482
Okunma
Sən... Sən.....
Axı hardan tanıyıram səni mən?!
Sanki min ildir tanışıq.
Hardan toplayıblar səni,
Misqal-misqal, qaşıq-qaşıq.
Tələffüz fərqli olsa da
Anladım ki biz adaşıq.
Sən,sən, sən ....
Axı hardan gəlirsən?
Bəlkə minilliklırin,
bəlkə yüzilliklərin,
Bəlkə də fəzanın,
ənginliklərin
Dərinliyindən gəlirsən.
Sən bizdən fərqlisən,
Amma bizə də bənzəyirsən.
Bəlkə ,,Mu" dan, ya Misirdən,
Yaxud da Finikyadan keçirsən
Bəlkə də çoxdan keçmisən,
Azmısan,küsmüsən.
Qurudan, quruya,
Dənizdən dənizə köçmüsən.
Gəlib qədim Qobustanda
Qaya üstə ,,bitmisən"
İnsan şəklində!
Bəlkə səni cərəyanlar
Materikdən materikə,
Okeandan dənizlərə
Ya da əksinə..
Dənizlərdən okeanlara,
Atıb, axınla aparıblar.
Bəlkə ,, Ümid burnu" da
Elə sənin özünsən.
Bəlkə qədim hetlərlə
Bəlkə də şumerlərlə.
Birlikdə yaşamısan,
Məbəd divarlarına,
Əsatirlər ,,yazmısan".
Baş açmadım inan ki,
Kimindən, kimliyindən
Mən səni insan bildim,
Minillikləri yoran
Zehnindən,fəhmindən
Tarixən qədimliyindən.
Sən bizdən fərqlisən,
Amma bizə də bənzəyirsən!
Keçmişim, babam, insan!
Bu gün mən varam,insan
Gələcəyim, yeni İNSAN!!!
Fərid Muradzadə
13.09.2018
5.0
100% (4)