4
Yorum
6
Beğeni
5,0
Puan
803
Okunma
Sıfra yaxınlaşır iki balansım:
Biri telefonumun,biri ömrümün.
Son xəbər çalınır hər ikisində.
Sən sus son xəbəri,kiri,ömrümün.
Qanqalının könlündən gül olmaq keçər,
Gülünsə tut olub çanqal olmağı.
Kor tikan,gül qoxu...
Gözəl deyil mi
Gül kimi yaşayıb qanqal olmağın.
Heç qanqal olmadım mən taxıl boyu,
Taxıl o,qoynunda lalə saxlayar.
Ən gözəl ömürlər qəmli ömürlər,
Öz çiçək gözündə jalə saxlayar.
Kor tikan...Gül qoxu.
Bilirsən mi heç
Adamın əlində nə şanslar olur?!
Bəlkə də tanrını qane eyləyən
Sıfra yaxınlaşan balanslar olur.
Son dəfə,son mesaj göndərə bilsəm.
Şarjımdan nigaran yanıb sönürəm.
Heç xoşbəxt olmadım qanmazlığımda,
Bədbəxtəm,qanmağı qanıb sönürəm.
*
5.0
100% (4)