3
Yorum
6
Beğeni
5,0
Puan
1231
Okunma
Hansı maddədir tükənir bilməm,
Nə atəş,hansı od sönür içimdə.
Gecə ay işığı gümüşə dönən
Dəniz mi damlaya dönür içimdə.
Üç nəfəs bir nəfəs içinə sığmır,
Dartılır sinəmdən hülquma doğru.
Ayaq havasına,əl havasına
Çəkir karvanımı ilğıma doğru.
Bir kiprik bəs edər tapşıra canın,
Yuxu gözlərimdə asılı qalıb.
İçimin nə qədər qapıları var
Zəngi zil səsində basılı qalıb.
Gündə- günaşırı dəli başımın
Bax yenə tutacaq tutması,allah.
Acı tikanları canıma batır,
Nə pis şey bu günün batması,allah.
Qadın yaxasında düymə deyil ki
Oynada-oynada açım sabahı.
Elə istəyir ki...
Qarı- qız kimi
Könlüm dan yerini,içim sabahı.
*
5.0
100% (4)