1
Yorum
3
Beğeni
5,0
Puan
848
Okunma
Adamın başına havası gələ,
Elə hava ki...
Leylanı Məcnundan çox istəyəsən.
Eşqi şəkillərdə çəkilən kimi
Çəkib ürəyinə ox istəyəsən.
Adamın başına havası gələ,
Elə hava ki...
Bir qadın istəyə səni,çıxasan,
Ətəyi havandan yellənə dura.
Gözün dodağında,ağlın hayanda...
Beli əllərində əllənə dura.
Adamın başına havası gələ,
Elə hava ki...
Ömür səhrasında qumun burula,
Əylənə karvanın bəm segah üstdə.
Qız Könül oxuya xəyallarında,
Ölə pərdə-pərdə qəm segah üstdə.
Dönə qatarların səni apara,
O qadın dalınca baxa qəmlənə.
Bu başda soyutdun çayı şəkərdə,
O başda təzədən çayın dəmlənə.
...Ha getdin tərsinə dəniz qurudu,
Hər işin xoş üzü,avandı sənin.
Sən sevda dalında.
Nə zaman,nə vaxt,
Qovan əqrəbləri havandı sənin.
Adamın belə bir havası ola,
Belə havası...
5.0
100% (2)