2
Yorum
4
Beğeni
5,0
Puan
873
Okunma
Süpürməyin xəzəli,
Xəzan könlümə düşüb.
Mövsümlərin gözəli
Xəzan könlümə güşüb.
Rəngi darılar kimi
Saçı sarılar kimi,
Qızlar-qarılar kimi
Xəzan könlümə düşüb.
Nə gözəl nar giləsi,
Getməyin yargiləsi,
Şehin nübar giləsi
Xəzan könlümə düşüb.
Gedən xəlvət yerinə,
Dönər əlbət yerinə,
Şəkər,şərbət yerinə
Xəzan könlümə düşüb.
Deyir bəsdir,bəlkə bu,
Quru səsdir bəlkə bu,
Son həvəsdir bəlkə bu,
Xəzan könlümə düşüb.
5.0
100% (2)