3
Yorum
5
Beğeni
5,0
Puan
1165
Okunma
Adamın könlündən nə şeylər keçir?
Padişah olasan,hərəmin ola.
Bir yox,beş-altı yox,otuz-qırx nəfər...
Özü də başında Hürrəmin ola.
Nə boyun vurasan,göz çıxardasan,
Adamın adına söz çıxardasan,
Bacandan tüstünü düz çıxardasan,
Nə dərdin içində,vərəmin ola.
Söyələr dalınca külək apara,
Xəlbirdən düşəni ələk apara,
Adamlar qapından dilək apara,
Balaca Allahdan kərəmin ola.
Baxasan yanında kimlər xallayıb,
Kimlər bağdaş qurub ətək sallayıb,
Çapasan atını yorğa,nallayıb,
Məqsədin,əmməli məramın ola.
Kəlməyə,kəlama sözün tərəzi,
Əyri əyiləndə düzün tərəzi,
Çəkəsən adamı gözün tərəzi,
İçində misqalın,qramın ola.
O vaxtlar,zamanlar hayıf deyildi,
Onda vəzir-vəkil mayıf deyildi,
Sultanlıq özü də keyf deyildi,
Keyfiydı Hürrəmin hərəmin ola.
*
5.0
100% (3)