2
Yorum
5
Beğeni
5,0
Puan
1107
Okunma
Yenə mahzun ürəyim və səssiz iniltilər...
Bu həzin ney səsimi? Ya mənim ahımdımı?
Hər notunda göz yaşı, sevgiliyə sunulan
Məhəbbət bəstəsimi? Zikr-i səmahımdımı?
Dərdim dərmandı mənə, nə gözəldir bu çilə!
Üzüm qəm dəryasına, üzürəm bilə-bilə
Püryan olmuş ürəyim, ərirkən sevdan ilə
Nədir vüsalta mane? Cürm-ü günahımdımı?
Bu eşqin sınağı çox, sidq-ü sədaqət istər
Uğruna keçməyə baş, yolunda taqət istər
Sənin sevginə mazhar olmaq ləyaqət istər
Ləyaqətsiz olmağım zəif cinahımdımı?
Sevdam sonsuzdur mənim, dinməz suz-i nalanım
Bir lahza nəzər eylə, şərəfyab olsun canım
Hər şeyimdən keçmişəm, məni məndən alanım
Risalətgahımdımı? Cay-ı pənahımdımı?
5.0
100% (4)