1
Yorum
3
Beğeni
5,0
Puan
1168
Okunma
Gözüm uzaqlara baxıb yol çəkir
Hardasan mehmanım, yalnızam sənsiz!
Xəyalın ruhuma min sığal çəkir
Dərdimə dərmanım yalnızam sənsiz!
Könlümü tək sənə verib qalmışam
Yoluna ömrümü sərib qalmışam
Sənsiz bu dünyada qərib qalmışam
Hicrandır hər anım, yalnızam sənsiz!
Gəl gör sevənlərin sənsiz neyləyir,
Ürəyim yarpaq tək əsir, titrəyir,
Hər yada düşəndə burnum göynəyir,
Gözümdə leysanım, yalnızam sənsiz!
Varlığıma səbəb, həm də yaraşıq
Yoluma, ömrümə sən oldun işıq
Yenə pəjmürdəyəm, keyfim qarışıq
Ey nur-i əfşanım yalnızam sənsiz!
Yollar haçalanır, ömür kəm-kəsir
Sənsiz kimsəsizlər faniyə əsir
Mən sənsiz yetiməm, mən sənsiz yesir
Sahibim, sultanım, yalnızam sənsiz!
Hicran da gözəldir, tacı vüsaldır
Ya könlümə zuhret, çəhrəmi güldür
Ya Haqqa varınca yanına aldır
Mümkünmü fərmanım, yalnızam sənsiz!
5.0
100% (3)