TUSI AGAREHIM
54 şiiri kayıtlı

NƏSİHƏTNAMƏ

TUSI AGAREHIM
  5,0 / 3 kişi ·4 beğenme · 1 yorum · 736 okunma

NƏSİHƏTNAMƏ


Övladım, yazıram sənə nəsihət,
Olsun bu sözlərim sənə əmanət.
Dostuna sadiq ol, heç vaxt, heç zaman,
Üz çevirib ona, etmə xəyanət.
Anana, bacına elə ki, hörmət,
Özün də kimsədən görəsən hörmət.
Kiçiyə mərhəmət, böyüyə hörmət,
İnan ki, heç bir vaxt sayılmaz qələt.
İsraf eləmə əlindəkini,
Dostundan gizlətmə cibindəkini.
Qonşun ac yatarkən tox gəzməginən,
Əlindəki tikəni onla bölginən.
İsraf eləmə, elə qənaət,
Qənaət geydirər qızıldan xələt.
Vətənə, Torpağa hər vaxt sadiq ol,
Vətəni canından həmşə əziz bul.
Torpaqdan pay vermə heç vaxt, heç kimə,
Xəyanət eləmə Ana dilinə.
Təhsilə fikir ver, çalış aqil ol,
Vətənə, Millətə layiq oğul ol.
Qaldır Bayrağını daim göylərə,
Çalış salmayasan onu yerlərə.
Düşmən duz bazsa da sənin yararana,
Baş əyib qul, kölə olma sən ona.
Ən yüksək zirvədə dayansan belə,
Yuxardan aşağı baxma millətə.
Oğlum, çalışma varlı olasan,
Çalış ki, həqiqi insan olasan.
Çalışma pulun başından aşsın,
Çalış ki, hörmətin dillər dolaşsın.
Demirəm çalışma, həmşə kasıb qal,
Deyirəm pulunu sən qazan halal.
Halal pul qazanmaq versə də cəfa,
Ardında gizlənib, rahatlıq, səfa.
Haram pul zahirən verirsə səfa,
Mənəvi çəkdirər işkəncə, cəfa.
Yaxşılığı adət etsən özünə,
Var, dövlət pərdə salmaz gözünə.
Ey övlad, mümin ol, ibadət elə,
Dilinlə, gözünlə hər vaxt zikr elə.
Eləmə bunları yalnız ad üçün,
Əməlin qoy olsun tək ALLAH üçün.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
NƏSİHƏTNAMƏ şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

NƏSİHƏTNAMƏ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
, 5 puan verdi
1 Ekim 2015 Perşembe 17:23:14
Evlada yazılan olağan üstü bir nasihattı beğeniyle okudum usta
Kalemin susmasın
.......................Saygılar
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiTUSI AGAREHIM , şiirin sahibi
1 Ekim 2015 Perşembe 17:24:46
Sizin kimi böyük bir qələm sahibindən bunları duymaq bu aciz üçün çox qürurvericidir.Təşəkkür edirəm.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.