TUSI AGAREHIM
54 şiiri kayıtlı

VÜSALA YETİŞMƏK ÜÇÜN

TUSI AGAREHIM
  5,0 / 4 kişi ·3 beğenme · 3 yorum · 751 okunma

VÜSALA YETİŞMƏK ÜÇÜN


Yelkənli bir gəmi yaman tələsir,
Sahilə daha tez yetişmək üçün.
Qağayı qanadla havanı kəsir,
O tənha gəmiylə ötüşmək üçün.

Üzürlər balıqlar onunla birgə,
Biri al qırmızı, birisə qara.
Buludlar üstünə salıbdır kölgə,
Bilmir ki, üz tutub yol gedir hara.

Dənizdə tufan var, şimşəklər çaxır,
Səy edir gəmini qərq etmək üçün.
Gəmisə özünü sulara çaxır
Mənzil başına yetişmək üçün.

Qarşıda işıq var, ümid işığı,
Gəmiyə iradə, güc vermək üçün.
Gəmiçi uzaqdan görüb işığı,
Daha çox çalışır yetişmək üçün.

O qara buludlar acı həsrətdir,
Yaranıb gəncliyimi məhv etmək üçün.
O tufan, şimşəklər aşılmaz səddir,
Yarla görüşümü ləngitmək üçün.

Qanadlı qağayı arzularımdır,
Uçur ki, gerçəyə çevrilmək üçün.
O yelkənli gəmi məhəbbətimdir,
Tələsir vüsala yetişmək üçün.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
VÜSALA YETİŞMƏK ÜÇÜN şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

VÜSALA YETİŞMƏK ÜÇÜN şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
, 5 puan verdi
30 Eylül 2015 Çarşamba 22:34:04
men çox sevdim şeiri usta
Qelemin susmasın
........................Salam
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiTUSI AGAREHIM , şiirin sahibi
1 Ekim 2015 Perşembe 07:04:38
Təşəkkür edirəm.xoş sözlərə görə minnətdaram
, 5 puan verdi
30 Eylül 2015 Çarşamba 11:20:36
akıcı anlamıydı beğeniyle okudum selamlar
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiTUSI AGAREHIM , şiirin sahibi
1 Ekim 2015 Perşembe 07:04:57
təşəkkürlər əfəndim
, 5 puan verdi
30 Eylül 2015 Çarşamba 07:27:50
yuregine saglik yine guzel siir dusmus galeminden dua ile kal
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiTUSI AGAREHIM , şiirin sahibi
1 Ekim 2015 Perşembe 07:05:15
Çox təşəkkür edirəm
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.