2
Yorum
5
Beğeni
5,0
Puan
1524
Okunma
Salam olsun gözələ gözəllik məftunundan,
Saf məhəbbət boylanır yazdığım məktubumdan.
Mənim ən yaxın dostum bir kağızdır, bir qələm,
Yazdığım məktub deyil, qəlb səsimdir, ey sənəm.
Ver əlini, ey nigar, qoy öpüm əllərindən,
Oxu axıra qədər, usanma sözlərimdən.
Qəlbim intizardadır səni gördüm görəli,
Çün incidirsən, ey yar, eşqdən çələng hörəni.
Mən bir sevən bülbüləm, sən bəyaz inciçiçək,
Gəl eşqin şərbətini səninlə birgə içək.
Bil ki, bəzəkdir sənə küsüb dodaq büzməyin,
Ən gözəl hədiyyəndir naz ilə can üzməyin.
Doğdun arzu, diləkdən, ərköyün mələyimsən,
Tər-təmiz sevgi qoxan ətirli çiçəyimsən.
Sözümdə yoxdur yalan, sevgim safdır, təmizdir,
İnan ki, bu məhəbbət mənə candan əzizdir.
Ümid gözləyənlərin, tənhalıq gecənindir,
Təbəssüm dodaqların, ürək isə sənindir.
Bənzəyirsən ulduza, onlar qədər gözəlsən,
Bir fərq var aranızda, onlar çox, sənsə təksən.
Bir dənə ürəyim var, al, o da sənin olsun,
İstərəm ki, bu qəlbim qəlbinlə birgə vursun.
məftun - meftun
saf - pak, kusursuz
kağız - kağıt
qəlb - kalp
sənəm - gözəl
nigar - sevgili
axıra - sona
usanma - bıkma
intizar - hasret
çün - çünki
çələng - çelenk
hörmək - örmək
inciçiçək -narin çiçek
birgə - birlikte
dodaq - dudak
hədiyyə - hediye
ərköyün - şımarık
qoxan - kokan
fərq - fark
qəlbinlə birgə vursun - kalbinle birge atsın.
5.0
100% (2)