2
Yorum
5
Beğeni
5,0
Puan
2144
Okunma
Bəzən qürurlanıb düşünürəm ki,
Məndə istedadın bilinmir sonu.
Qürura o qədər bürünürəm ki,
Zərli don sanıram yamaqlı donu.
İki söz ardıcıl yazıram deyin,
Özümü böyük bir şair bilirəm.
Öz-ğzümə qəbir qazıram deyim,
Digər şairləri bir heç bilirəm.
Deyirəm yazdığım məni ucaldır,
Həm artır, çoxalır mənim şöhrətim.
Amma oxuyanı tamam qocaldır,
Qürurla kiçilir, itir hörmətim.
Qanmıram mən hələ şair deyiləm,
Yazdığım şeir yox, söz yığınıdır.
Amma ki, qürurum qoymur əyiləm,
Boş qürur özü də "heç" yığınıdır.
Nə qədər gec deyil, ey Tusi, oyan,
Şairin ürəyi xalqın səsidir.
Sənin yazdıqlarınqoy olsun bəyan,
Lazımsız, gərəksiz, qürur səsidir.
İstedad - yetenek
Zərli - yaldızlı
Don - elbise
Yamaqlı - yamalı
Ardıcıl - peş-peşe
Deyin - diye
Qanmıram - anlamıram
Bəyan - beyan
5.0
100% (2)