4
Yorum
5
Beğeni
5,0
Puan
1333
Okunma
Mənim qəlb evimin qəmli bülbülü
Yenə həsrət dolu nəğmə oxuyur.
Yadına saldıqca vəfasız gülü
Qəmli nəğmələrdən çələng toxuyur.
Ağlayır, ağlayır, gözünün yaşı
Axır yanağından hey gilə-gilə.
Göynəyir həsrətdən bağrının başı,
Əriyir şam təki hey gilə-gilə.
Çiçəkdən yadigar bir tək nişanə
Tikanlı çarşaba bürünən koldur.
Üzülmə bülbülüm, olma divanə,
Bu da bir həyatdır, bu da bir yoldur.
Ağlama, sızlama, ümidlə yaşa,
Darıxma, dolanıb bahar gələcək.
Səbrini, sevgini sərf etmə boşa,
Sənin də ömrünə sevinc güləcək.
Sənə yar olacaq bir nazlı dilbər,
O da öz ilhamın səndən alacaq.
Oxşayar telini, göz yaşın silər,
Əbədi yaşayan çiçək olacaq.
Yadına saldıqca - hatırladıkça
Nəğmələrdən - nağmelerden
Çələng - çelenk
Göynəyir - sızlayır
Həsrətdən - hasretten
Bağrımın başı - Kalbimin başı
Əriyir - eriyor
Şam - mum
Təki - gibi
Gilə-gilə - damla-damla
Yadigar - hatıra
Nişane - iz, elamet
Çarşab - çarşaf
Bürünən - dolanmış
Koldur - çalıdır.
Darıxma - sıkılma
Dolanıb - dolaşıp
Sərf etmə - harcama
Dilbər - güzel, sevgili
Oxşayar - okşar
5.0
100% (3)