1
Yorum
3
Beğeni
5,0
Puan
1417
Okunma
Son zamanlar həm qanım Türkiyəm, həm də canım Azərbaycan hər sabahı şəhid xəbəri ilə açar oldu.Bu şeiri bütün şəhidlərimizə və əsgər qardaşlarımıza ithaf edirəm.
Qərib eldən gələn bulud
bir qəribin salamını
Deyərsənmi həsrət ilə
yol gözləyən nigarına?
Deyərsən mi bir əsgər var,
həsrət qalıb öz yarına?
Neçə ellər aşıb gəldin?
Neçə səngərdə dincəldin?
Neçə əsgər ürəyini açıb sənə,
gözündə yaş dənə-dənə,
Ürəyində daşıdığı
həsrətindən danışdımı?
Ana deyib için-için
ağladımı, alışdımı?
Bacı deyib, qardaş deyib,
dünyaları qarışdımı?
"GET, ATAMIN MƏZAR DAŞIN
MÖHKƏM-MÖHKƏM
BAS BAĞRINA.
PAYLAŞ MƏNİM KƏDƏRİMİ,
GƏL, ŞƏRİK OL SƏN AĞRIMA"
- Söylədimi, yetim bulud?
Bəlkə sənin özün elə,
əsgərlərin göz yaşısan?
Bəlkə sənin özün elə
nakam qalan sevgilərə
baş daşısan?
Yetim bulud, sən
səngərdə şaxta vurmuş
əsgərlərin qardaşısan.
Sirdaşısan ürəyində dərd daşıyan
hər əsgərin.
Oğullardan analara
xəbər apar,
salam apar,
Düzülmüsən sıra-sıra,
qatar-qatar.
Günlər ötər,
qovuşmağın günü çatar.
Həsrət bitər, hicran bitər,
itər ayrılıq günləri,
De ki, daha az qalıbdır,
gözləyən saysın günləri.
5.0
100% (2)