5
Yorum
4
Beğeni
5,0
Puan
1161
Okunma
Yıxılıram, yıxılıram,
İçimdən yıxılıram.
Allahın qul bəxtimə
qoyduğu bu ölçüdən,
biçimdən yıxılıram.
Yıxılıram, yıxılıram,
Həyatın zülmət quyusuna
arzumun dikindən yıxılıram.
Heç dadmamış
xoşbəxtliyin aşından,
Yıxılıram
səadətin başından.
Utanmadı, utanmadı
saqqalından, saçından,
Baş aşağı asdı məni,
asdı məni Allah qıçımdan.
Ömür boyu təkərim
dövr eləyib tərsinə,
Lənət olsun,
Lənət olsun dərzinə.
Dolaşdırıb bəxtimin
astarını üzünə,
Taleyimi tərs tikibdir,
Bilmirəm ki, nə deyim,
Bilmirəm ki, düzü nə.
Ədalətinə tüpürüm, həyat
astarından yox,
üzündən yıxılıram.
Dərəsindən yox,
dağından yox,
düzündən yıxılıram.
Bu həyat yollarında
ac və səfil dilənçi,
Amma gəl ki ...
Sevdamın
zümrüd sarayından yıxılıram.
Aman Allah,
aman, Allah, kömək elə,
Mən balamın
harayından yıxılıram.
Yıxılıram, yıxılıram,
İçimdən yıxılıram,
Allahın qul bəxtimə
qoyduğu bu ölçüdən,
biçimdən yıxılıram.
12.08.2015
5.0
100% (4)