4
Yorum
6
Beğeni
5,0
Puan
821
Okunma
Otuz ildir həyatın
gəzdim küçələrini,
Qalxdım yoxuşlarını,
endim dərələrini.
Həyatımdan yola saldım,
İlahi, neçələrini.
Ayaqlarım qırıldı,
ayaqqabım yoruldu.
Bir vaxt edam hökmü
yazdığın qələmilə
Silahlandım,
üsyan etdim
mən sənə bilə-bilə.
Bir vaxt edam kötüyündə
gözümü silə-silə,
Əmrin ilə həyatımdan
uşaqlığım vuruldu.
Lap sənin inadına
həyat dediyin şeyə,
Tüpürdüm lopa-lopa,
özümü verdim meyə.
Təbəssümü unudub
intiqam deyə-deyə,
Ömrümün zülmətləri,
qaranlığı quruldu.
28.06.2014
5.0
100% (2)