TUSI AGAREHIM
54 şiiri kayıtlı

YANIMDA ADIN ÇƏKİLƏN ZAMAN

TUSI AGAREHIM
  0,0 / 0 kişi ·1 beğenme · 0 yorum · 799 okunma

YANIMDA ADIN ÇƏKİLƏN ZAMAN


Əllərim titrəyir, ürəyim əsir,
Həsrətin şaxtası qılınc tək kəsir,
Ömürsə dayanmır, yaman tələsir
Yanımda adın çəkilən zaman.

Sevgim cuşa gəlir, qanadlanıram,
Arzular qanadında hey ucalıram,
Mən səni düşünür, səni anıram,
Yanımda adın çəkilən zaman.

Tamam al-əlvan bəzənir cahan,
Başımın üstünü alır həyəcan,
Dözməyir hicrana, dözməyir bu can
Yanımda adın çəkilən zaman.

Dilim söz tutmayır, dolur gözlərim,
Gözümün yaşıyla axır sözlərim,
İxtiyarsız yerə çökür dizlərim
Yanımda adın çəkilən zaman.

Parçalanar qəlbim, tamam xar olar,
Könül mənzilim də tarimar olar,
Hicran ürəyimə hey salır qubar,
Yanımda adın çəkilən zaman.

Çaylar dilə gələr, gözyaşı tökər,
Şəklinə baxdıqca gözüm yaş tökər,
Bu eşqin naləsi gözümü tökər
Yanımda adın çəkilən zaman.

Sən mənim içimdə bir mən olmusan,
Hayıf qızılgül tək çox tikanlısan,
Dağıdıb qəlbimi viran qoyursan
Yanımda adın çəkilən zaman.

Bir güldə nə qədər çox olsa tikan,
O gülə heç kimsə yetirməz ziyan.
Kəsildin qəlbimə qəfil hökmran
Yanımda adın çəkilən zaman.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
YANIMDA ADIN ÇƏKİLƏN ZAMAN şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

YANIMDA ADIN ÇƏKİLƏN ZAMAN şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.