TUSI AGAREHIM
54 şiiri kayıtlı

Məni Basdırarsız Qələm Kağızla

TUSI AGAREHIM
  5,0 / 1 kişi ·1 beğenme · 0 yorum · 755 okunma

Məni Basdırarsız Qələm Kağızla


MƏNİ BASDIRARSIZ QƏLƏM, KAĞIZLA

Əlimin bağları çözülüb,indi,
Düyünlər, ilmələr atır ürəyimə.
İztirablarım,vəfasız sevgim
Zəhərli bıçaq kimi saplanıb kürəyimə.
Ölüm yetişsə dadıma, çatsa köməyimə,
Məni basdırarsız qələm, kağızla

Qoyun inləsin qəbrim üstə,
bir telli sazla
Çalarsız, hamınız oxuyarsız bir ağızla.
Sızla,anam,sızla, bacım sızla,
Məni basdırarsız qələm, kağızla.

Bir gülən şəklimi vurarsız məzarım üstə,
Görünməsin iztirabım,əzabım üzdə,
Qoy əmanət qalsın şeirlərim sizdə.
Məni basdırarsız qələm,kağızla.

Deyirlər,"Möcüzə baş verib?"-
şair güləndə,
Gülə biləcəmmi görən öləndə?
Ömrümün çırağı titrəyərək sönəndə,
Məni basdırarsız qələm kağızla,

Uşaqlığımı özüm dəfn etdim,
məni siz basdırın,
Başınızdan rədd edin, məzarlıqda azdırın,
Naləm eşidilməsin,
qəbrimi dərin qazdırın,
Nolar qəbrimə onun da adın yazdırın.
Məni basdırarsız qələm,kağızla.

Qəbrimi tək qoyarsız o qara qızla,
Məni basdırarsız qələm,kağızla.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Məni Basdırarsız Qələm Kağızla şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

Məni Basdırarsız Qələm Kağızla şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.