11
Yorum
13
Beğeni
5,0
Puan
1299
Okunma
Yaşamaq istərəm
Hərdən özümdən küsəmdə belə
Hirslənib özümü döysəmdə belə
Yaşamaq hissini boğsamda belə
Yaşamaq istərəm mən doya-doya
Sözlərim acıdır ürəyim yara
Başımı götürüb qaçım mən hara
Hər kəsin haqqı var bil yaşamağa
Yaşamaq istərəm mən doya-doya
Nə deyirsən zamanım daralıb daha
Deyirsən gümanda yoxdur sabaha?
Bu gündən sabaha yol aça aça
Yaşamaq istərəm mən doya doya
Haqsıza zalıma vermərəm aman
Qədarın qəddini qıraram inan
Buna macal verməz bəlkədə zaman
Yaşamaq istərəm mən doya doya
Sevinci kədərdən ayıran insan
Yoxluğu varlıqda dərk edən insan
Dənizin qəlbinə deyəndə insan
Yaşamaq istərəm mən doya doya
Xəyalə Dəniz
5.0
100% (16)