13
Yorum
11
Beğeni
5,0
Puan
2698
Okunma

Bu sevgi yalandır gəl inamayaq
Deyirlər sevgidir son mənzilimiz
Sevgisiz sən demə yox dəyərimiz
Sevgidən yaranıb bax kədərimiz
Bu sevgi yalandır gəl inamayaq
Gəl baxaq Leylinin ,Məcnun eşqinə
Sevgidə Məcnunu saldı çöllərə
Hər sevən insanı kül edib belə
Bu sevgi yalandır gəl inamayaq
Xoş sözə aldanıb sevgi deyirlər
Yalandan sevgiyə don geydirirlər
Sevgini xəyanətə tez dəyişirlər
Bu sevgi yalandır gəl inamayaq
Sevgi-ümüd olub gözlərə dolar
Sevgi-nəğmə olub dillərdə qalar
Sevgi-sevənlərin qəlbində olar
Bu sevgi yalandır gəl inamayaq
Mən sevgi istərəm sevgiyə həsrət
Sevgi gəmimiz oldu bir cənnət
Sevgi həyatımda oldu ətalət
Bu sevgi yalandır gəl inamayaq
Dəznizin qəlbini sevgilər bəzər
Sevgi həyat demək ruhunda gəzər
Hər şanslı insana bir dəfə gələr
Bu sevgi yalandır gəl inamayaq
Xəyalə Dəniz
5.0
100% (12)