12
Yorum
15
Beğeni
5,0
Puan
2048
Okunma

İndidə çəkirlər çarmıxa məni
Uymadım şeytanın fitnə feylinə
Uymadım qızıldan don geyənlərə
Uymadım sözlərə yalan dillərə
İndidə çəkirlər çarmıxa məni
Həqiqətin gözünə düz baxa baxa
Çayda öz səmtini düz gedib tapa
Pislərdə düzülüb sanki bir sapa
İndidə çəkirlər çarmıxa məni
Əzrayıl insanın əlidə aciz
Zülümlər içində böyüyürük biz
Hər işin sonuda qalır yaxşı iz
İndidə çəkirlər çarmıxa məni
Haqq deyən insanı baltalayırlar
Yerindən duranı şaqqalayırlar
Qurdların önünə bizi atırlar
İndidə çəkirlər çarmıxa bizi
Gözün görə görə yalan deyir bu
Paxılın çirkinin qənimidir su
Vicdanı şərəfi biracana yu
İndidə çəkirlər çarmıxa məni
Dözülməz zamana düşdük nə çarə
Əlac qalıbdır uca Rəbbimə
Hər gecə açılır əlim göylərə
İndidə çəkirlər çarmıxa məni
Dənizin ürəyi dolub daşsada
Təklikdən sıxılıb tənha qalsada
Yoxluqdan varlığa o yol açsada
İndidə çəkirlər çarmıxa məni
Xəyalə Dəniz...
5.0
100% (16)