15
Yorum
18
Beğeni
5,0
Puan
3205
Okunma

Naxçıvanım döyünən tək ürəyim
Gözəl vətən çıxdım sənin seyrinə
Qonaq oldum yurdum sənin evinə
Baxdım bu gün məndə sənin sinənə
Al qırmızı güllərini taxmısan
Görənləri atəşinlə yaxmısan
Qarış qarış gəzim gözəl torpağı
Bəzəklidi həm oylağı,həm dağı
Sərin olur yaylaqları, aranı
Cənnət məkan olub mənim diyarım
Aşıb daşır bulaqlarım çaylarım
Yağış yağır torpaq çəkir köksünə
Qonaqları cəlb eyləyir özünə
Heyran qalıb hörmətinə sözünə
Şiir sənət obasıdır vətənim
Naxçıvanım döyünən tək ürəyim
Batabatda məhşhurdu Zor bulağın
Göz dağıdır çoxuna Haça dağın
Qoruyur hər an səni solun sağın
Qururlu yenilməz torpağım mənim
Qoruyacaq bizi hər an Nuh gəmim
Gələn şəfa tapacaq Duz dağında
Asəf Kəfin adı keçir Quranda
İsti vaxtı yeyib içsən Arazda
Dəniz seyrə çıxıb gözəl məkanı
Tanıtdırdı hər yerdə Naxçıvanı
Xəyalə Dəniz....
5.0
100% (17)