17
Yorum
14
Beğeni
5,0
Puan
2637
Okunma

İndi susun mən danışım
Xəyallara nəğmə qoşum
İndi susun mən danışım
Sevincimdən coşub daşım
İndi susun mən danışım
Qəm kədəri düşünmərəm
At çapıram çəkinmirəm
Həcər kimin hünərliyəm
İndi susun mən danışım
Haqqı nahaq deyənlərə
Düşmənlərə xayinlərə
Dağ çəkərəm gülə gülə
İndi susun mən danışım
İgirlərim ərənlrim
Şir biləkli cəngavərim
Nəbilərim Babəklərim
İndi susum siz danışın
Aman vermə düşmənə sən
Qoru bizi yad əllərdən
Saxta yalan gülüşlərdən
İndi susum siz danışın
Gəl birləşib yumruq olaq
Bir ölkədə biz bir olaq
Dəniz qədər böyük olaq
İndi susum siz danışın
Söz ahəngim pozulsada
Gözdən qanlı yaş axsada
Son sözümü dedim daha
İndi susum siz danışın
Xəyalə Dəniz
5.0
100% (18)