10
Yorum
10
Beğeni
5,0
Puan
2551
Okunma

Bir sənin qəlbinə yol tapmadım mən
Çiçəkdən çiçəyə qonsamda belə
Çılpaq meşəyə don olsamda mən
Könüllərdə taxtımı qursamda belə
Bir sənin qəlbinə yol tapmadım mən
Günəşdən parlaqlıq alıb özümə
Güldən bəzək vurub taxdım telimə
Uldüz heyran qaldı gözəlliyimə
Bir sənin qəlbinə yol tapmadım mən
Görənlər deyirlər necə bəxtəvər
Elə bil yad olub bunlara kədər
Bax yarım ömrümüz gedecək hədər
Bir sənin qəlbinə yol tapmadım mən
Mən səni bənzətdim lal axan çaya
Sərt dalğa kimin vurdun qayaya
Dənizin etibarı yoxdur sabaha
Bir sənin qəlbinə yol tapmadım mən
Xəyalə Dəniz
5.0
100% (11)