7
Yorum
12
Beğeni
5,0
Puan
4523
Okunma

Mən heç kimə inanmıram
Gözlər qəlbin aynasıdır
Sözler dilin ağasıdır
Dildə qulaq sirdaşıdı
Mən heç kimə inanmıram
Yığır pulun qat-qat edir
Yalan üstə yalan deyir
Bu gün gələn sabah gedir
Mən heç kimə inanmıram
Səbir deyər döz bir hələ
Çox insana qurma tələ
Bir gün oda haqqa gələ
Mən heç kimə inanmıram
Hərdən gəlib mən xəyala
Əl açıram yaradana
Deyrəm ki sondu daha
Mən heç kimə inanmıram
Dəniz gileylənmə daha
Yığma xalqı can boğaza
Güman qalmayıb sabaha
Mən heç kimə inanıram
Xəyalə Dəniz
5.0
100% (10)