15
Yorum
21
Beğeni
5,0
Puan
2681
Okunma

Ayrılığın cəfasını çəkirəm...
Sevgi busa istəmirəm sevgini
Sevgi busa yazılsın qoy əsəri
Sevgi busa yaşamağa dəyərmi
Ayrılığın cəfasını çəkirəm
Hər üzdə hər yerdə səni görürəm
Hər yetənlə sənli günü bölürəm
Hər sözünü sənsiz sənli sevirəm
Ayrılığın cəfasını çəkirəm
Dostlar məni hər anımda qınadı
Günah məndə deyib məni danladı
Göz yaşlarım məni bircə anladı
Ayrılığın cəfasını çəkirəm
Xəyallar qururduq səninlə birgə
Atdın məni sənsiz olan kədərə
Deyirdin bəs oxşayıram mələyə
Ayrılığın cəfasını çəkirəm.
Sus bir daha danışmağın yeri yox
Bilirəm ki sənin mənə sözün çox
Daha mənim yalan sözə ruhum tox
Ayrılığın cəfasını çəkirəm
Dəniz həmdəm olacaqdı bil sənə
Üstün gələk gəl bir yerdə kədərə
Tale güləcəkdir sənin üzünə
Çəkəcəkdir ayrılığın cəfasın
Xəyalə Dəniz
5.0
96% (22)
4.0
4% (1)