14
Yorum
26
Beğeni
4,9
Puan
3028
Okunma

Xəyallara qonaq getsəm
Xəyallara qonaq getsəm,nə verəcək görən mənə
Taleyimlə boğuşaraq,yol araram gündüz gecə
Cəsarətim hardasan sən,gəl tut mənim bu əlimdən
Suallara cavab tapaq,quş tək uçaq biz göylərə
Nədir dərdin söylə mənə,dərdinə edərəm dərman
Çarxı fələk edir üsyan,deyir hanı bizim dövran
Dəniz dalğa dalğa dəniz,hər kəsində fikrində biz
Saxlayıram dayan aman,gedir həyat qaçır zaman,
Dolur gözlər,susur ürək,dilə gəlir lal könüllər
Bülbül oxur qəfəsində,şair deyir bax qəzəllər
Təbiyətdə ruha gəlir,canlanırmı qəmli nəğmə
Çal ey tarzən dinləsinlər,sevgimizi vəsf edənlər
Dəniz məncə bir əfsanə,xəyallarda gəzən gözəl
Yuxulara salır nəzər,ürəklərdə sirrli özəl
Sanki bu dünyada deyil,fikirlərdə gəzir xəlbət
Dahi deyil o xəzinə,kəşf edənə olur əcəl
Xəyalə Dəniz
5.0
96% (23)
3.0
4% (1)