11
Yorum
20
Beğeni
4,9
Puan
2484
Okunma
Ya Rəbbim
İlahi gördüyüm həqiqət gerçək
Don necə geydirim mən bilə bilə
Bu dəhşət görəsən nə vaxt bitəcək
Ya Rəbbim sən özün kömək ol bizə
Baxıram dağılır elə bil dünya
Əl açıb göylərə edirəm dua
Baxın yaxınlaşır böyük fırtına
Ya Rəbbim sən özün kömək ol bizə
Zəlzələ burulğan dözülməz tufan
Lərzəyə gətirib eyləyir tüğyan
Mən kimə söyləyim kimdir inanan
Ya Rəbbim sən özün kömək ol bizə
Filimlər deyəsən olur həqiqət
Bir uşaq qanadsız üçür göylərə
Bir insan dənizin üstüylə gəzə
Ya Rəbbim sən özün kömək ol bizə
Dənizəm hər zaman səcdədyəm mən
Bir şeytan çıxmasın mənim önümə
Əzərəm zalımı vermərəm aman
Ya Rəbbim sən özün kömək ol bizə
Xəyalə Dəniz
5.0
95% (18)
4.0
5% (1)