7
Yorum
16
Beğeni
5,0
Puan
1721
Okunma
Nigaran qalmışam mən səndən gülüm...
Gözlərim yollara dikilib baxır
Məhəbbətin məni yandırıb yaxır
Sevgimiz göylərdə sayrışıb axır
Nigaran qalmışam mən səndən gülüm...
Dedilər xəstəsən ürəyim yandı
Çarəsiz baxışlar məni odladı
Gəlməyi istədim qoyan olmadı
Nigaran qalmışam mən səndən gülüm...
Sevmişdim mən səni dəlilər kimi
Heç kimi sevmədim mən sənin kimi
Gözlərim yaşlıdır qumrular kimi
Nigaran qalmışam mən səndən gülüm...
Leylidə Məcnunu sevirmiş belə
Məcnunda sevgidən düşdü çöllərə
Bu sevgi çoxunu batırıb qəmə
Nigaran qalmışam mən səndən gülüm...
Sevənlər sən demə olurmuş xəstə
Hər sevən sevəni itirməz belə
Desələr yetiş sən son nəfəsinə
Nigaran qalmışam mən səndən gülüm...
Ya Rəbbim eşqinə qıl məni cəfa
Olmadı heçkimdən mənə bir vəfa
Xudaya rəhm eylə ver özün şəfa
Nigaran qalmışam mən səndən gülüm...
Hər gecə dualar edirəm sənə
Məktublar yazıram ünvansız yerə
Bilirəm çatacaq öz mənzilinə
Nigaran qalmışam mən səndən gülüm...
Dəniz yazacaq sevgiyə nəğmə
Hər sevən insana olsun hədiyyə
Dastanlar yazılsın mənim sevgimə
Nigaran qalmışam mən səndən gülüm...
Xəyalə Dəniz
5.0
100% (14)