12
Yorum
14
Beğeni
5,0
Puan
2313
Okunma

Mavi dənizim
İnsanın qəlbini oxşayan dəniz
Bizimlə danışıb susmayan dəniz
Sevginin əsiri köləsi dəniz
Dalğalan dalğalan mavi dənizim
Dənizin ətrini duyan məst olur
Dənizə dərdini deyən çox olur
Dənizlə yaşayan dənizlə olur
Dalğalan dalğalan mavi dənizim
Baxıram hamını sevir bu dəniz
Sevincə qərq edib boğur bu dəniz
Çox insan canını alıb bu dəniz
Dalğalan dalğalan mavi dənizim
Hərdən də Xəzərin çıxıb seyrinə
Cənnəti görürəm öz gözlərimdə
Dənizəm heyranam mən bu dənizə
Dalğalan dalğalan mavi dənizim
Xəyalə Dəniz
5.0
100% (22)