1
Yorum
3
Beğeni
5,0
Puan
960
Okunma
><><
Nə yazdımsa xəyalıymış,
Duyulunca dünə döndü.
Alnımdakı qırışlara,
Saçımdakı dənə döndü.
Söz toxudum, ilmələri
Toxuyanlar anlamadı.
Anlayanlar oxumadı,
Oxuyanlar anlamadı.
Kəlmə kəsdim əkməyimlə,
Süfrəmin duzu dağıldı.
Əlimdən düşdü qələmim,
Toprağa yazı dağıldı.
Türkü yazdım özgürlüyə,
Buruldu qolum arxama.
Üfüqlərdə söndü günəş,
Keçincə yolum arxama.
Yazdım mavi səmaları
Durnaları ötüşüncə.
Səsim göydə halay vurdu
Tanrılara yetişincə.
Yazdım belim əyilincə,
Amma özüm əyilmədim.
Döydüm sözü sətirlərdə,
Sətirlərdə döyülmədim.
Dəyərini bilə bilə
Yazmadım ki,alan olsun.
Anıların işğında
Yazdım məndən qalan olsun.
*
5.0
100% (3)