2
Yorum
1
Beğeni
5,0
Puan
982
Okunma
İl keçir,həyatın tamı dəyişir,
Kif basır,evinin damı dəyişir,
Gözündə,gönlünd ə hamı dəyişir,
Saralır yarpaqlar...
Sən qocalırsan,
Düşür saçlarına dən,qocalırsan.
Susur civiltisi göyərçinlərin,
Arxanca hıçqırır keçən günlərin,
Yazın sıcağında havalar sərin,
Buludlar yağır qar...
Sən qocalırsan,
Düşür saçlarına dən,qocalırsan.
Acılar döyükür çanaqlarında,
Yaşlar yumrulanır yanaqlarında,
Evindən çəkilir qonaqların da,
Dünya başına dar...
Sən qocalırsan,
Düşür saçlarına dən,qocalırsan.
Sərgərdan,səfil sən,səba kimisən,
Lelesi köç etmiş oba kimisən,
Sevdali qızlara baba kimisən,
Hər şeyin vaxtı var...
Sən qocalırsan,
Düşür saçlarına dən,qocalırsan.
*
5.0
100% (1)