1
Yorum
4
Beğeni
5,0
Puan
1040
Okunma
("Yazıram dünyanı dəyişmək üçün" şeirlər toplusundan beşinci şeir)
"Allah" yazmadım,günahdı,
Amma bəndəsindən yazdım.
Acizliyin,əfəlliyin
Özü təndəsindən yazdım.
Ayağımı döyə döyə
Dərsim aldım onuncudan.
Yazmadım dəsti xəttimi
Sağ düşməmiş sonuncudan.
Əhli iman cümlə divan,
Məkkədə təvaf eylədim
Uydum zatı qırıqlara,
Beş on kəlmə laf eylədim.
Ənəlhəqqi haqqa yazdım,
Çəkdilər dara,soydular.
Bir qismət malü mülkümü,
Cibimdən para soydular...
Aramızı qarışdırdı
Şeytan,mərəyə gəlmədi.
Saçından asdım mələyi
Tanrı köməyə gəlmədi.
Cənnətdən alıb dədəmi
Torpağa əkdi tanrılar.
Qafa çıxdım köz dalınca,
Çarmıxa çəkdi tanrılar.
Bir ovuc buğdaya nə var...
Yediyimi "qus"-dedilər.
"Allah"-dedilər,susmadım,
"Allah"-dedim,"sus"-dedilər.
*
5.0
100% (4)