1
Yorum
4
Beğeni
5,0
Puan
1001
Okunma
(şeirlər toplusu)
<ikinci şeir>
--
Şeirimdə qələtim,qüsurum olsa,
Alın sətrlərdən çalın təpəmə.
Bir sözüm,bir kəlməm günahlarımsa,
Daşımdı,əndərin,salın təpəmə.
Heca,qafiyələr işim,şakərim,
Dədəmdən,babamdan qalmadı mənə.
Qananlar oxudu,anladı,bildi,
Qanmayan heç sallaq salmadı mənə.
Dişimin dibindən çıxanı deyil,
Könlümün dibindən çıxanı yazdım.
Çirkli yaxalarda əlimin izi,
Qorxmadım hər iki yaxanı yazdım.
Bəyaz kağızlarda yol çəkir gözüm,
Yolun əvvəli də,sonu da mənim.
Mövsümlər,fəsillər göz gözə durmuş,
Sıcağı da mənim,donu da mənim.
Tanrıdan almışam yazar haqqımı,
Namazım,orucum,həccim şeirdi.
Dünyadan öcümü almağa gəldim,
Mənim bu dünyadan öcüm şeirdi.
--*
5.0
100% (4)