3
Yorum
1
Beğeni
5,0
Puan
876
Okunma
Yollar vardı bizdən geçən,
Yollar dardı bizdən geçən,
Durnalardı bizdən göçən,
Nəğmələri ahuzardı,
Biri yoxdu,biri vardı.
Aman yollar,şaşırmay ın,
Səbrim dolub daşırmayın,
Məni dağlar aşırmayın,
Dağlar duman,dağlar qardı,
Biri yoxdu,biri vardı.
Badəm zəhər,içəyim mi,
Əl sallayıb göçəyim mi,
Solan mənim çiçəyim mi...
Gönlüm dolu gəmqubardı,
Biri yoxdu,biri vardı.
Neynək ,Vahid,baxtına küs,
Qaldırmadı taxtına,küs,
Ömrün ahıl vaxtına küs,
Nə pərişan,tarımar dı,
Biri yoxdu,biri vardı.
*
5.0
100% (1)