3
Yorum
3
Beğeni
5,0
Puan
1295
Okunma
Azarlıyam,
nar düşübdü könlümə,
Dənə dənə
qar düşübdü könlümə,
Bir sarışın
yar düşübdü könlümə,
Sevim, yoxsa...
Sevməyim,heç bilmirəm.
Allah yıxsın
bu baisin öyünü,
Siləmmirəm
alnımdakı düyünü,
Qız ölmüşün
qamətini boyunu
Sevim, yoxsa...
Sevməyim,heç bilmirəm.
On beşinde
döşü çıxan qızları,
Məhəbbətdən
başı çıxan qızları,
Qabağıma
naşı çıxan qızları,
Sevim,yoxsa...
Sevməyim,heç bilmirəm.
Yaşıl bitdi,
əlim yetən sarıdı,
Həlal olsun,
kim baxtından yarıdı,
Sevilmədi,
qızlar qaldı qarıdı,
Sevim,yoxsa...
Sevməyim,heç bilmirəm.
*
5.0
100% (3)