1
Yorum
1
Beğeni
5,0
Puan
658
Okunma
GƏLƏN İLİM
Torpağa sər yat üstündə,
Tonqalını çat üstündə,
Təhvil olur at üstündə
Gələn ilim.
Sanmayın ki,baxtım yatdı,
Deyirlər ki,at muraddı,
Həm Düratdı,həm Qıratdı...
Gələn ilim.
Haqqın susmayan bağrısı,
İçimin savaş ağrısı,
Xilaskarın son çağrısı
Gələn ilim.
Zülmü zalimdən alacaq,
Dünyamızı hür qılacaq,
Həmən tarixdə qalacaq
Gələn ilim.
Əməyimiz zay olmasın,
Düyün olsun,vay olmasın,
Keçən ilə tay olmasın
Gələn ilim.
5.0
100% (1)