0
Yorum
1
Beğeni
5,0
Puan
1021
Okunma
("xəzandan sonra qışdır"
şeirlərindən)
<>...
Bayramın son sabahı...
Sanki,ayrılıq anı...
Hava bomboz buludlu,
Yer göy tutmur dumanı.
Ağacların dalları...
bir birinə dolaşmış.
Gün tutmayan yamaclar
bütöv qara bulaşmış.
Sıcağın həsrətinə
torpaq ağlarkən zar zar,
Susqundu məzar təki
bağçalar,xiyaba nlar.
Susqundu rüzgarların
yarpaqlarda nidası,
Susqundu ayaqlarda
təkmələrin sədası.
Son ucu sınırlara
dayanı yollar susqun,
Səbrlərə sancılı
Dirəklər,kollar susqun.
Qış buz köynək toxuyur
canlara soxalardan,
Şaxtası qancıq kimi
əl çəkmir yaxalardan.
Təbiət hal dəyişir,
Bəzən kural dəyişir.
Fırladıb mövsümləri
sırıyır öz qışını,
Dilənçi torbasına
atır son quruşunu.
Acılı sazağından
dumağ qarı üşüyür.
Qar üstündə daş kimi
yuvasız boz sərçəcik...
Ayaqları üşüyür.
Tükləri kirli,pırpız,
Səfil çocuqlar kimi,
arzuları qar kimi...
Tanrı ərməğanıdır
bir cüt sallaq qanadlar.
Nereye uçacaq ki,
nerede mutluluq var?!
Həyat şətrənc oyunu,
vəziri,şahı qəhbə,
Göydə allahı susqun,
yerdə ...ullahı qəhbə.
Doğrular həp qaybedər,
düzənbazlar qazanar.
Oynayıb qazananlar
oyundan var qazanar...
Ah,bu minik sərçəcik,
Yazıq,cikcik sərçəcik!
Tanrı rızqına möhtac,
Dimdiyində qədəri.
Bir dən boyda sevinci,
Yüz dən boyda kədəri.
Qədərə boyun əymiş,
Domuşuq halinə bax.
Mənasız bayramlara
açan mənasız sabah
sərçə xəyallarında
bir çöp qədər dəyərsiz.
Bir az sıcaq,bir az yem,
yuvadı bircə dərdi.
Dağıdacaq dünyanı
dünyanın sərçə dərdi.
Umacaq şey qalmamış,
Zatən dünya umutsuz.
Mutsuz kəsləri kimi
cərçələri də mutsuz...
*
5.0
100% (1)