Əkmək yox minnətsiz,
Ölüsü rəhmətsiz,
Quransız,sünnət siz
Bu dünya.
Dədəmin azarı,
Xaraba güzarı,
Günahlar bazarı...
Bu dünya.
Qapısı aralı,
Gələnə daralı,
Qonaqlı qaralı
Bu dünya.
Qocadı qarıdı,
Yoxudu varıdı,
Şeytanın karıdı
Bu dünya.
Toprakqdı əsli,
Göbəyi kəsili,
Tanrıya küsülü
Bu dünya.