2
Yorum
3
Beğeni
5,0
Puan
915
Okunma
("Hatıralar sokağı"ndan)
Sabah olur,günəş doğur üzümə,
Üfüqlərin cizgiləri apaydın.
Xəyalımdan geçən o şey nədir
ki...
Keşgə indi sən yanımda olaydın.
Geçənlərin salamını alıram,
Kimi cavan,kimi yaşlı,ixtiyar.
Gözləyirəm,geçə nlərin içində
Bəlkə,bəlkə sən bildiyim o qız
var.
İlk dəfəydi görüşürdük səninlə,
Qaldırımlar onda hələ darıydı.
İlk bahardan son bahara gedən
yol,
İşıqları yaşılıydı,sarıy dı.
Aramızdan su geçməzdi,o qədər...
Yolun ucu,yolun sonu bizimdi.
Mevsimləri unutmuşduq
başından,
Yazın şehi,qışın donu bizimdi.
Divar boyu çil gilaslar şəllənib,
Tumurcuqlar topa topa.Bahardı.
Bir zamanlar əydiyimiz dalları
Martın soyuq rüzgarları qopardı.
Nə vaxt bitdi xatirələr dəftəri,
Varaqların bəyaz üzü qalmadı.
Mən geçikdim,sən tez
getdin,tələsdin ,
Yanaqlarda dodaq izi qalmadı.
Yaşıl, sarı işıqları sökdülər,
Divarların yazısı da silindi.
Mən gəzincə xəyalların peşində,
Ayıldım ki,adın daha gəlindi.
Bir sevda da sona erdi xəbərsiz,
Gizlin getdi,əlvidası olmadı.
Soru qoydun sətirlərin başına,
Ya nöqtəsi,ya nidası olmadı.
İndi hər gün o yerlərə gedirəm,
Sanki,məni gözləyənlər var kimi.
Məhəbbətin intizarı gözümdə,
Acıları saçlarımda qar kimi.
Geçənlərin salamını alıram,
Biri çavan,biri yaşlı,ixtiyar.. .
Gözləyirəm,geçə nlərin içində,
Bəlkə,bəlkə sən bildiyim o qız
var.
5.0
100% (3)