0
Yorum
2
Beğeni
5,0
Puan
844
Okunma
Yuva qurdum,qurulmad ı,
Uçursam günah olmaz mı.
Bir qız sevdim,vermədil ər,
Qaçırsam günah olmaz mı.
Ömür dəymədi dadına,
Verdim fələyin badına,
Qarını gəlin adına
Göçürsəm günah olmaz mı.
Nəğmələrim saz üstündə,
Bir həzin avaz üstündə,
Mömini namaz üstündə
İçirsəm günah olmaz mı.
Sor damağı törpüsündən,
Qırılarsa körpü səndən,
Kafiri qıl körpüsündən
Geçirsəm günah olmaz mı.
*
5.0
100% (1)